Accessibility links

BMT müfəttişləri Yonqbyonu tərk etdi


Diplomatların bildirdiyinə görə, BMT müfəttişləri Şimali Koreyanın əsas nüvə obyektindəki cihazlardan möhürləri çıxarmışlar. Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi bildirib ki, müfəttişlərdən ibarət qrup Yonqbyonqdan bu gün çıxmış və yəqin ki, artıq paytaxt Pxenyandadır. Nümayəndə deyib ki, BMT monitorları nüvə obyektindəki cihazlardan möhürləri çıxarmış və Şimali Koreya hökumətoinin tapşırığı ilə nəzarət kameralarının üzünü divarlara çevirmişlər.

Birləşmiş Ştatların Enerji Nazirliyinin rəsmisi Demian La-Vera Amerikanın Səsinə bu gün verdiyi müsahibəsində ABŞ müfəttişlərinin də Şimali Koreyanın obyektinı tərk etdiyini bildirmişdir. Şimali Koreya dünən altıtərəfli danışıqlara qoşulmayacağını və plutonium zənginləşdirilməsi obyektini yenidən işə salacağını bildirdi.

XS
SM
MD
LG