Ermənistan Türkiyə ilə diplomatik əlaqələrin yaradılmasının yaxınlaşıldığını və Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə danışıqların yaxın gələcəkdə yekunlaşdırılacağını bildirib. Bu barədə açıqlamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq sammitində iştirak edən Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bu gün Yerevanda keçirilən mətbuat konfransında verib. Türkiyənin xarici işlər naziri Əli Babacanın da danışıqlarda iştirak etməsinə baxmayaraq, o, mətbuat konfransında olmayıb.
Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə, müsəlman müttəfiqi kimi Azərbaycana dəstək məqsədi ilə bağlamışdı. ABŞ prezidenti Barak Obama da bu ayın əvvəllərində Türkiyə parlamentindəki çıxışı zamanı sərhədlərin açılmasının hər iki ölkənin sülh və əmin-amanlıq şəraitində yanaşı mövcudluğunu təmin edəcəyini bildirmişdi.