İraq polisi
bildirir ki, minomyot hücumu Bağdadda ən azı dört nəfərin ölümünə səbəb olub.
Rəsmilər deyir ki,bu hücum cümə günü paytaxtın şərq hissəsində baş verib.
Həmin hücum Bağdad ətrafında və eləcə də şimali İraqda iki həftə bundan qabaq başlamış iri miqyaslı hücumlardan sonraya təsadüf edir.
Fransa Xəbər Agentliyi müdafiə nazirliyinin sözçüsünə istinadən bildirir ki,son hücumlarda İraqda fəaliyyət göstərən əl-Qaidə günahlandırılır. Rəsmilər həmçinin bu hücumları ABŞ hərbi qüvvələrinin İraq şəhərlərindən yaxın vaxtlarda çıxarılacağı və üsyançı qrupların həvəsləndirilməsi səyləri ilə əlaqələndirirlər.
İraqda Amerika hərbiçiləri iyun ayının sonuna qədər şəhərlərdən geri çəkiləcəkləri barədə öhdəlik götürüblər. ABŞ rəsmiləri həmçinin onu da bildirirlər ki, əgər İraq hökuməti xahiş etsə onlar bəzi bölgələrdən geri çəkilməni təxirə sala bilərlər.