Accessibility links

Yaz tətilində təcrübə keçən tələbələr


Hər yaz fəslində Amerika kollec və universitetləri bir və ya iki həftəliyinə bağlanır. Bu tətil ərzində tələbələr evdə istirahət edir və ya bundan öz tədrisləri üçün yararlanır. Bəziləri Florida çimərliklərinə, yaxud da daha isti yerlərə səfər edir.
Ancaq bir çox tələbə yaz tətilində Mayami və başqa şəhərlərdə könüllü iş layihələrinə qatılır.
Dartmaus kollecinin bir qrup tələbəsi tətili Mayaminin az gəlirli məhəlləsindəki xeyriyyə cəmiyyəti olan “Habitat for Humanity”-də keçirir. Qanalı Leo Anzagira mühəndislik ixtisası üzrə tələbədir. O deyir ki, burada işləmək ona inşaat sahəsində dəyərli təcrübə qazandırır. Tikinti işi burada bir çox tələbələrə tanış olmaya bilər. Riyaziyyat ixtisası üzrə təhsil alan Evans Amoah deyir ki, tətil zamanı həmkarlarının bəzisi gərgin işləyir.
Bəzi tələbələr bu könüllü ictimai işi öz CV-lərinə daxil edəcək. Yalnız icmaya xeyir vermək üçün işləyənlər az deyil. Təxminən 14000 yaxın tələbə “Habitat”la birgə evlərin inşası ilə məşğuldur. Sayın çox olması başqa layihələrə kömək edir.

Mayami yaxınlığındakı “Everglades” Milli parkında Loui Tos Viskonsin Universitetindən olan tələbə qrupuna rəhbərlik edir. O deyir ki, ərazini nəzərdən keçirəndə burada Braziliya Bibər kollarından başqa heç bir tərəvəzin bitmədiyini görmək olar. Tələbələr ərazini işğal edən bu bitkini çıxarır və yeni inkişafın qarşısını almaq üçün toxumları yerdən yığırlar.
Belə işlər bəzən tələbələrin günəş şüası kimi zədələr alması ilə nəticələnə bilər. Ancaq xüsusilə ölkənin soyuq şimal bölgəsindən gəlmiş bir çox tələbələr günəş şüasından həzz alırlar.
İxtisası biologiya olan Emili Barker birinci kurs tələbəsidir: “Həmişə “Everglades”i görmək istəyirdim və fikirləşdim ki, bu yol ən yaxşı üsuldur. Bundan başqa da, yaz tətilində isti bir yerə getmək istəyirdim”.
Ağır işə baxmayaraq tələbələr deyir ki, tətil zamanı yardım əli uzatmaqla insanlarda razılıq hiss görürlər. Sofomor Sara Zipperlenin sözlərinə görə, o başqa bir yerə istirahətə getsə idi, həmin tətildən “Everglades” səfərindəki qədər həzz ala bilməzdi:
“Mənalı bir şey edirik və dəniz qırağında istirahət mərkəzində oturmaqdansa, tətil zamanı faydalı bir işlə məşğul olmağımız bizdə inam yaradır.”
“Everglades”də təbii ağacların və bitkilərin bərpa olunması uzun vaxt ala bilər. Tələbələr ümid edir ki, onların zəhməti gələcəkdə öz təsirini göstərəcək.

XS
SM
MD
LG