Accessibility links

Serbiya prezidenti Kosovoya səfər edib


Serbiya prezidenti Boris Tadiç deyib ki, sülh etnik mənsubiyyətlərindən asılı olmayaraq Serbiya və Kosovonun bütün sakinləri üçün vacibdir. Cənab Tadiç bunu Priştinadan qərbdə yerləşən Deçani pravoslav monastırında çıxışı zamanı deyib. Serbiya lideri oraya Pasxadan öncə cümə günü dua mərasimində iştirak etmək üçün NATO-nun vertolyotu ilə çatdırılıb.Bu, beynəlxalq rəsmilərin Kosovo liderlərini səfərə etiraz etməməyə razı sala bilməsindən sonra baş verib.Cənab Tadiç Kosovoya sonuncu dəfə keçən il pravoslavların Pasxa bayramı zamanı səfər etmişdi.Onun səfəri Serbiya və Kosovo nümayəndələri Kosovonun birtərəfli qaydada müstəqilliyi ilə bağlı mövqelərini əks etdirən sənədləri Haaqada Beynəlxalq Ədliyyə məhkəməsinə tədqim etdiyi zaman baş tutur.

XS
SM
MD
LG