İranda həbs edilən amerikalı jurnalist Roksana SaberiBirləşmiş Ştatlara casusluq ittihamı ilə 8 il müddətinə həbs cəzasına məhkum edilib.Onun xəbər agentliklərinə məhkəmənin hökmü barədə məlumat verən vəkili apelyasiya məhkəməsinə müraciət ediləcəyini deyib. həm Amerika, həm də İran vətəndaşı olan 31 yaşlı Saberi bir sıra xəbər agentliklərinə işləyirdi. O, vəsiqəsiz işlədiyinə görə yanvar ayında Tehranda həbs edilmişdi. Birləşmiş Ştatlar xanım Saberiyə qarşı irəli sürülən casusluq ittihamını əsassız adlandırıb.