Accessibility links

Prezident Obama ABŞ-ın Kuba və Venesuela ilə münasibətlərinin təbiətində müsbət əlamətlərin olduğunu deyir


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Kuba və Venesuela ilə münasibətlərində müsbət işarələri görə bildiyini deyib.Trinidad və Tobaqoda Amerika qitəsi ölkələrinin sammitinin başa çatdığı zaman danışan cənab Obama deyib ki, müxtəlif məsələlər, o cümlədən, demokratiya və insan hüquqlarıətrafında səmimi dialoq aparılması üçün imkanlar var və əlavə edib ki, bu, təkcə sözdə deyil, hamı üçün əməldə də bir sınaqdır.

Prezident Obama kubalı amerikalıların kommunist adaya səfərləri və pul köçürmələrinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.ABŞ prezidenti deyib ki, Kubaya qarşı embarqo təsirli olmayıb.Onun bildirdiyinə görə, Kuba ABŞ-la əlaqələri yaxşılaşdırmağa hazır olduğunu göstərmək üçün fəaliyyətə keçməlidir.

XS
SM
MD
LG