Qırğızıstan müxalifəti qarşıdakı seçkilərdə hazırkı prezident Qurmanbek Bakiyevə rəqib olaraq sabiq baş nazirin namizədliyi üzərində dayanıb.
Almazbek Atambayev 2007-ci ildə baş nazir olub, lakin sonradan prezidentlə əlaqələrini kəsib.
Üzvlərinin həbsindən sonra Qırğızıstan müxalifətində parçalanma müşahidə edilir.
Müxalifət hakimiyyəti iyulun 23-də keçiriləcək seçkiləri saxtalaşdırmaq istəyində ittiham edib.