Accessibility links

Ömər Əl-Bəşir Efiopiyadadır


Sudan prezidenti Ömər Əl-Bəşir Efiopiyaya səfər edib. Beynəlxalq Cinayət Məhkəməsi Sudan dövlət başçısı haqda həbs qərarı çıxarandan bəri bu, Əl Bəşirin xarici ölkəyə 6-cı səfəridir. Sudan diplomatları cənab Bəşirin bu gün Efiopiya paytaxtı Əddis Əbabəyə çatmasını təsdiq ediblər. Səfər zamanı ikitərəfli münasibətlərin müzakirəsi gözlənilir. Səfərin sabah sona çatması planlaşdırılıb. Keçən ay Beynəlxalq Cinayət Məhkəməsi cənab Bəşirini Darfurda qətliam kampaniyası, zorlama və başqa cinayətlər həyata keçirməkdə ittiham etmişdi. Qeyd edək ki, onun hökuməti Darfuda 6 ildir yaraqlılara qarşı mübarizə aparır.
XS
SM
MD
LG