Accessibility links

Somali dəniz qulduru ABŞ-da məhkəmə qarşısında çıxarılıb


Bu ayın əvvəli ABŞ-ın yük gəmisinə hücum edən dəniz quldurları arasında yeganə sağ qalmış somalili gənc Birləşmiş Ştatlarda məhkəmə qarşısına çıxarılıb. Abdiveli Musi ABŞ-da bir əsrdən artıqdır dəniz quldurluğu ittihmları ilə üzləşən birinci şəxsdir. ABŞ rəsmiləri Museinin 18 yaşı olduğunu bildirirlər. Lakin Musinin atası Amerikanın səsi radiosunun Somali xidmətinə verdiyi müsahibədə oğlunun 16 yaşı olduğunu və onun banda üzvlərinin təsirinə məruz qaldığını deyib. Musinin anası isə oğlunun azad edilməsi üçün ABŞ prezidenti Barak Obamaya müraciət edib.

XS
SM
MD
LG