Accessibility links

Türkiyə Kanadadan səfirini geri çağırıb


Rəsmi Ankara Kanadanın hökumət nazirlərinin Osmanlı imperiyası dövrü ermənilərin qətllərinin soyqırım adlandırıldığı tədbirdə iştirakından sonra bu ölkədəki səfirini geri çağırıb. Türkiyənin hökumət mənbələrindən bildirilir ki, səfir Rafet Akgünay Ankaraya məsləhətləşmələr üçün qayıdıb. Lakin rəsmilər onun Kanadaya nə zaman qayıdacağını deməyiblər. Bu, Türkiyənin "soyqırım" məsələsilə bağlı Kanadadan səfirini geri çağırdığı ikinci haldır. Kanada parlame nti kütləvi qətllərin soyqırım adlandırılmasına 2004-cü ildə səs vermişdi.

XS
SM
MD
LG