Accessibility links

İran nüvə proqramı ilə əlaqədar beynəlxalq aləmlə müzakirələri alqışlayıb


İran xəbər agentliklərinin məlumatına görə, Tehran nüvə proqramı ilə əlaqədar beynəlxalq aləmlə əməli müzakirələri alqışlayıb.

İran rəsmiləri tərəfindən bu gün yayılan bəyanat ABŞ da daxil olmaqla dünyanın qüdrətli 6 ölkəsinin İranın mübahisəli nüvə proqramıyla bağlı dialoq təklifinə cavabdır.

Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeyi İranı Obama administrasiyasının Tehranın ziddiyyətli nüvə proqramına son qoymaq məqsədilə irəli sürdüyü təklifə cavab verməyə çağırmışdı.

BMT və Nüvə Agentiyi Tehranın atom silahlarının istehsalında istifadə edilə bilən uran zənginləşdirilməsi səylərinə görə narahatlıqlarını bildirirlər.

ABŞ və Qərb alyansı İranın nüvə proqramında hərbi komponenlərin mövcudluğuna inanırlar.
Tehran isə nüvə fəaliyyətinin dinc məqsəd daşıdığını deyir.

XS
SM
MD
LG