Accessibility links

İslamçı  yaraqlılar Pakistanın müxtəlif regionlarına yayılır


Pakistan hökuməti son zamanlar Taliban yaraqlılarının cəmləşdiyi ölkənin şimal-qərbindəki Buner mahalında təhlükəsizliyin təmin edilməsi üçün oraya əlavə olaraq bir neçə yüz yarı-hərbi qüvvə göndərir.Polisin bildirdiyinə görə, hərbçilərin olduğumaşınlardan biri naməlum silahlılar tərəfindən atəşə məruz qalmış və nəticədə bir polis işçisi həlak olmuş, digəri isə yaralanmışdır. Bu ayın əvvələrindən başlayaraq qonşu Malakand regionundan Bunerə axışan yaraqlılar yoxlama məntəqələrinə və patrol dəstələrinə hücumlara başlayıblar.

Hökumətlə Malakand arasında atəşkəs barədə razılıq əldə ediləndən sonra oradaklı İslamçı yaraqlılar ölkənin digər regionlarına yayılmağa başlayıblar. Bu razılıq Taliban yönümlü və ekstremist lider Sufi Məhəmmədə regionda şəriət qanunları tətbiq etməyə imkan yaradır. ABŞ dövlət katibi Hillari Kilinton dünən belə bir razılığı tənqid edərək, bununla Pakistan hökumətinin bu regionda nəzarəti Talibana və ekstremistlərə verdiyini deyib.

XS
SM
MD
LG