Accessibility links

Türkiyə və Ermənistan arasında əldə edilən razılıq ABŞ Dövlət Departamenti tərəfindən alqışlanıb


Türkiyə və Ermənistan arasında əldə edilən razılıq uzun zamandır ölkələr arasında münasibətlərin normallaşmasına çağıran ABŞ Dövlət Departamenti tərəfindən alşıqlanıb. Türkiyənin Xarici İşlər nazirliyinin bəyanatında deyilir ki, əhatəli iş birliyi hər iki ölkənin təhlükəsizliyinə xidmət edəcək. İsveçrənin vasitəçiliyi ilə bağlı qapılar arxasında keçirilən görüş barədə məlumat verilməyib. Diplomatik əlaqələrə malik olmayan Ermənistanla Türkiyə arasında son zamanlar yaxınlaşma müşahidə edilirdi.

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ifadə verən dövlət katibi Hillari Klinton ABŞ-ın Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan çox razı qaldığını bildirib. "Mən inanıram ki, Türkiyə və Ermənistanın münasibətləri normalladırmaq və sərhədləri açmaq istiqamətində atdığı addımlar acı keçmişə üstün gəlmək üçün daha yaxşı şəraitin yaradılmasına kömək edəcək."-deyə o bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar münaqişəsinin nizamlanması istiqamətində səyləri intensivləşdirəcək. "Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında digər mühüm məsələlərin həlli ilə də yaxından məğul olacayıq"- deyə Hillari Klinton bildirib.

Dövlət katibinin səsləndirdiyi bu fikirlərə ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersi şərh verərkən deyib ki, Dövlət katibi Hillari Klintonun sözləri məni ruhlandırıb və Azərbaycan xalqı da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş olacağını gözələyirik . Səfir Azərbaycan və Ermənistan rəhbərlyinin, eləcə də həmsədrlərin daha intensiv səylərinin müsbət dəyişikliklərlə nəticələnəcəyinə nikbin yanaşdığını bildirib. "Dövlət katibinin və ABŞ prezidenti Barak Obamanın diqqəti bu prosesdədir və inanırıq ki, həmin diqqət regiona daha davamlı sülh gətirə bilər" - deyə səfir qeyd edib.

XS
SM
MD
LG