Bu həftə İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən qətlə yetirilənlərin anım həftəsidir. ABŞ-ın Kapitoli binasında Holokast qurbanlarının anım mərasimi təşkil edilib.
6 milyon yəhudinin xatısinə həsr edilən tədbirdə ABŞ prezidenti Barak Obama da çıxış edib. Prezident deyib ki, dünya Holokast kimi bir faciəyə bir daha yol verməməlidir. Bəşər qəddarlığından danışan Barak Obama deyib ki, Holokast nifrətləri qızışdıran qüvvələrin əməlidir. ABŞ dövlət başçısı özü də daxil edilməklə, hər bir kəsin nifrət və ədalətsizliyə müqvimət göstərməsinin cavibliyini vurğulayıb. Barak Obama bildirib ki, qeyri-tolerantlıq, biganəliklə mübarizə aparılmalı, hazırda Sudanın Darfur regionunda olduğu kimi düşmənçiliklərə son qoyulmalıdır. Prezident Obama ad çəkmədən bəzilərinin hələ də Holokastı inkar etdiklərini deyib. Holokast qurbanlarının anım mərasimləri İsrail və bir neçə dünya ölkəsində qeyd edilib.