Bolqarıstanda Avropa Birliyinin liderləri, Balkan və qaz təminatçısı ölkələrinin iki günlük sammiti işinə başlayıb. Rusiyanın baş naziri Vladimir Putin görüşdə iştirak etməyəcəyini elan edib. Onun son anda tədbiri boykot etməsi Rusiyanın Avropaya qaz nəqlinin təhlükəsizliyi və əməkdalığın dərinləşdirilməsinə dair ümidləri puça çıxarmış olur. Sammitdə Rusiyanı Energetika naziri Sergey Şmatko təmsil edir.
“Avropa üçün təbii qaz, təhlükəsizlik və tərəfdaşlıq” adlanan sammitdə Xəzəryanı, Orta Asiya, Yaxın Şərq, habelə transit və istehlakçı ölkələr iştirak edir.