ABŞ
və Rusiya nümayəndələri Dekabrda möhləti bitəcək 1991-ci il il Strateji Silahların
Azaldılması Müqaviləsini yeniləyəcək razılıq üzərində danışıqlara başlayıblar. Dövlət Katibinin yardımçısı Rouz Qottemoller
və Rusiya xarici işlər nazirliyinin rəsmisi Anatoli Antonov Romada aparılan
danışıqlara rəhbərlik edirlər. Bu ayın
əvvəlində ABŞ prezidenti Barak Obama və onun Rusiyalı həmkarı Dmitri Medvedev
razılıq əldə ediləcəyinə və uzaq mənzilli raketlərin azaldılacağına ümidlərini
izhar ediblər. Cənab Obamann iyulda
Rusiyaya səfərinədək danışıqlarda irəliləyiş olacağı gözlənilir. Londonda görüşləri zamanı ABŞ və Rusiya liderləri
Soyuq Müharibə mentalitetini arxada qoymağa və münasibətlərdə yeni başlanğıca
yol açmağa hazırlıqlarını ifadə etmişdilər.