Accessibility links

Pakistanda Talibanın təsir dairəsi genişlənir


Pakistanın şimal-qərb mahalın baş idarəçisi Seyid Məhəmməd Cavad bildirir ki, Taliban yaraqlıları Buner mahalından çıxıb əvvəlki istehkamları olan Svat vadisinə qayıdıblar. Yerli rəsmilər isə deyirlər ki, taliban yaraqlıları küçələrdə keşik çəkmədikləri təqdirdə Bunerdəki bazada qala bilərlər. Mahalda taliban yaraqlıları keçid məntəqələri inşa etdikdən sonra, Pakistan hökuməti bölgədə yüzlərlə yarı hərbi qüvvə yerləşdirib. Rəsmilər həmçinin bildirirlər ki, taliban yaraqlıları paytaxt İslamabadın 100 kilometrliyində yerləşən Şanqla mahalının yaxınlığına daxil olub. Birləşmiş Ştatlar taliban yaraqlılarının son irəliləyişlərindən narahatlığını bildirib. Rəsmilər deyirlər ki, Pakistan hökuməti ilə şimal-qərbdəki Malakand rayonunun taliban yaraqlıları arasında bağlanılan sülh müqaviləsi yaraqlıları ruhlandıra bilər.
XS
SM
MD
LG