Accessibility links

Rusiya Çeçenistanda əməliyyatları bərpa edib


Rusiyanın cənubundakı Dağıstan respublikasının rəsmiləri deyir ki, polis yaraqlı qruplaşmanın liderini öldürüb.Respublikanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, federal axtarış siyahısında olan Zakir Novruzov bu gün Dərbənd şəhərindəki evində polis tərəfindən mühasirəyə alınıb. Rəsmilər deyir ki, Novruzov təslim olmaqdan imtina edəndən sonra atışma zamanı həlak olub. Polislər arasında yaralanan olmayıb. Dağıstan və Rusiyanın başqa Şimali Qafqaz regionları Çeçenistanda yerləşən separatçılarla bağlı zorakılıqlara səhnə olur. Rusiya dünən Çeçenistanın 3 rayonunda əks-terrorizm əməliyyatlarını yenidən tətbiq edib. Moskva keçən həftə regionda bu tip əməliyyatlara son qoyduğunu açıqlamışdı.
XS
SM
MD
LG