Həftəlik
radio müraciətində ABŞ prezidenti Barak Obama hökumətin səmərəliliyini artırmaq
və xərcləri azaltmaq planı açıqlayıb.
Cənab Obama ümid etdiyini bildirib ki, o, uzun müddətli firavanlığın və
maliyyə intizamının əsasını qoya biləcək.
O, Konqresi PAYGO qanununu qəbul etməyə çağırıb ki, bu sənəd yeni
proqramların yalnız maliyyə mənbələri açıqlandıqdan sonra təsis olunmasını
təsbit edir. ABŞ Senatoru Lamar
Aleksandr Respublikaçıların cavab müraciətində ölkənin xarici neftdən
asılılığını azaltmaq üçün ölkədə 100 yeni atom elektrik stansiyası inşa etməyi
təklif edib. Fransanı misal gətirən
senator bildirib ki, bu ölkədə enerjinin 80 faizi nüvə enerjisidir. ABŞ-da isə bu rəqəm 20 faiz təşkil edir. Aleksandr bildirib ki, günəş, külək və
bioenerji inkişaflarına ayrılan hökumət subsidiyaları ehtiyacları ödəyə
bilməz. Belə ki, bu mənbələr hazırda
Amerikada enerji istifadəsinin 2 faizini təşkil edir.