Accessibility links

Mahmud Əhmədinejad: 'Aparılacaq hər hansı müzakirə qarşılıqlı hörmətə əsaslanmalıdır'


İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, o, Amerika rəsmiləri ilə qeyd-şərtsiz danışıqlara hazır deyil. Cənab Əhmədinejad deyib ki, o, danışıqların “çərçivə və gündəliyini” bilmək istəyir və ABŞ və ya Avropa Birliyi ilə aparalacaq hər hansı müzakirə qarşılıqlı hörmətə əsaslanmalıdır. İran prezidenti ABŞ telekanalı ABC-nin “Bu həftə” proqramına müsahibə verib. Müsahibə aprelin 22-də Tehranda lentə alınandan sonra bu gün efirə gedib. Cənab Əhmədinejad deyib ki, rəhbəri olduğu hökumət danışıqlar üçün təkliflər paketi hazırlayır və bu paket yaxın günlərdə açıqlanacaq. ABŞ prezidenti Barak Obama isə deyib ki, Amerika İranla münasibətlərinə yeni başlanğıc vermək istəyir və bu da tərəfdaşlıq və ticarət üçün böyük imkanlara yol açmalıdır.

XS
SM
MD
LG