Accessibility links

Saberi aclığı davam etdirir


Tehranda həbsdə olan İranlı Amerikalı jurnalistin atasının bildirdiyinə görə, aclıq aksiyasını davam etdirən qızının səhhəti pisləşib. Casusluq ittihamı ilə 8 illik azadlıqdan məhrum edilən Roksana Saberi keçən həftənin çərşənbə axşamından həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Atası bu gün onu fikrindən daşındırmağa çalışsa da, xanım Saberi deyib ki, azadlığa çıxana kimi aksiyanı davam etdirəcək. Bununla yanaşı, bu gün dövlət telekanalının Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qaşqaviyə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hər hansı xarici müdaxilə qəbuledilməzdir. Rəsmi nümayəndə deyir ki, Saberi İrandan başqa ayrı bir dövlətin vətəndaşı olmasını iddia etməyib və ona görə də onun işi daxili məsələdir.
XS
SM
MD
LG