Accessibility links

Afrika mənşəli amerikalılar arasında irqi münasibətlərə nikbinlik yüksək olaraq qalır


Son rəy sorğularının nəticələrinə görə, Barak Obamanın ilk qaradərili prezident kimi vəzifəsinə başlamasının 100-cü günü yaxınlaşdığı bir vaxt Afrika mənşəli amerikalılar arasında irqi münasibətlərə nikbinlik yüksək olaraq qalır.

The New York Times və CBS xəbər agentliyinin kerçidiyi sorğuda iştirak edən 59 faiz qaradərili , 65 faiz ağ respondent bu iki irq arasında münasibətlərin yaxşı olduğunu bildirib.

Digər bir sorğunun nəticələrinə görə, 6 ay əvvəl nikbin rəylər yalnız 29 faiz təşkil edirdi. Barak Obamanın tarixi seçkilərinə baxmayaraq, respondentlərin 51 faizi ağların ABŞ cəmiyyətində daha nailiyyətli olduğuna inanır. 44 faiz isə imkanların bərabər olduğunu düşünür.


XS
SM
MD
LG