Accessibility links

Əfqanıstandakı Taliban yaraqlılarına qarşı əməliyyatlar intensivləşib


Əfqanıstan rəsmiləri dünəndən bəri Kabildən 20 km-lik məsafədəki Musəvi bölgəsində Taliban yaraqlılarına qarşı həyata keçirilən əməliyyatlar zamanı 12 yaraqlının və bir kəşfiyyat zabitinin öldürüldüyünü bildirirlər. Ölkənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə Paktia vilayətində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 4 Əfqan zabiti qətlə yetirilib. Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə dünən səhərƏfqanıstan və koalisiya qüvvələrinin bomba hazırlayan qruplara qarşı birgə keçirdikləri əməliyyatlar zamanı 5 yaraqlı öldürülüb, 12-i isə ələ keçirirlib. Dünən eləcə də Baqlan vilayətində Taliban yaraqlıları tərəfindən polis məntəqəsinə edilən hücum zamanı bir polis işçisinin öldürüldüyü, digərinin isə yaralandığı bildirlir. Taliban yaraqlılarının hücum zamanı 10 nəfəri oğurladıqlarını demələrinə baxmayaraq, Daxili İşlər Nazirliyi 9 polis zabitininitkin düşdüyünü bildirib.

XS
SM
MD
LG