Accessibility links

ABŞ-da donuz qripindən ilk ölüm halı qeydə alınıb


Səhiyyə rəsmiləri ABŞ-da donuz qripindən ilk ölüm halının qeydə alındığını bildirir. Amerikanın Xəstəliklərə Nəzarət və Qorunma Mərkəzinin müvəqqəti direktoru Riçard Besserin bildirdiyinə görə, qrip səbəbi ilə Meksikanın şimal sərhədlərində yerləşən Texas ştatında 2 yaşlı uşaq vəfat edib.

159 insanın qrip səbəbi ilə dünyasını dəyişdiyi Meksikadan xaricdə bu, ilk ölüm halıdır. Meksikanın səhiyyə naziri Hose Kordova donuz qripinin dünən daha 29 adamda aşkar edildiyi və 7 nəfərin vəfat etdiyinə dair məlumatı təsdiq edib. Nazir 1300 insanın bu virus simptomları ilə xəstəxanada olduğunu bildirib.

ABŞ-da isə indiyədək donuz qripi virusu ilə 63 adam qeydiyyata alınıb. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı xüsusi yığıncaq keçirərək, son inkişaflar və qriplə bağlı araşdırmaları nəzərdən keçirəcək.

XS
SM
MD
LG