Accessibility links

Diyarbakır vilayətində  partlayış nəticəsində 10 əsgər həlak olub


Türkiyənin Diyarbakır vilayətində zirehli maşının partlayışı nəticəsində 10 əsgər həlak olub. Ordu generalı İlker Başbuğun bildirdiyinə görə, bomba əsgərlərin hərbi konvoy üçün yolu təmizlədikləri vaxt işə düşüb. Partlayışın güclü olduğu və qurğunun evdə istehsal edildiyi bildirilir. General hadisəyə görə PKK-nı birbaşa günahlandırmasa da, ordunun terrorizmlə mübarizəsini gücləndirməsinin vacibliyini vurğulayıb.

Ankara şəhərinin Bilkent Universitetində isə sabiq ədliyyə naziri Hikmet Sami Türkün universiteti ziyarət etdiyi vaxt bir qadın kiçik patlayıcı qurğu ilə hücüm həyata keçirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

XS
SM
MD
LG