Accessibility links

Bu gün Barak Obamanın prezidentliyinin 100-cü günüdür


Bu gün aprel ayının 29-u ABŞ prezidenti Barak Obamanın vəzifəsinə başlamasının 100-cü günüdür.

Barak Obama prezidentliyinin ilk yüz günü ərzində əldə edilən nailiyyətlərdən razı qaldığını, lakin bu inkişafların onu qane etmədiyini deyib. ABŞ prezidenti Missuri ştatının St.Luis şəhərində təşkil edilən tədbirdə iqtisadiyyat, səhiyyə və digər sahələrlə bağlı planlarının həyata tətbiqinə çağırıb. Barak Obama Amerikanın özünübərpa işlərinə başladığını bildirib. Prezident ölkənin hələ də bir sıra maneələr qarşısında olduğunu qeyd edərək deyib ki, ABŞ-ın dünyada lider rolunun bərpası və iqtisadi artım müşahidə edilməyincə rahatlıq tapmaq mümkün olmayacaq.

Daha sonra isə Barak Obama Ağ Evdə teleziviya ilə nümayiş etdiriləcək mətbuat konfransında sualları cavablandıracaq.

Bu 100 gün ərzində prezident qlobal iqtisadi böhran, Amerikanın İraq və Əfqanıstan siyasəti, sorğu-sual metodlarının dəyişdirilməsi və ABŞ-ın dünya ölkələri ilə əlaqəsinin yaxşılaşdırılması kimi müxtəif sahələri əhatə edən məsələlər ətrafında iş aparıb. Dəyişiklik şüarı altında ABŞ dövlət başçısı sələfi Corc Buşun siyasi kurslarında küklü dəyişiklər həyata keçirib.

Prezident kimi onun ilk gördüyü iş Guantanamo məhbəsinin bağlanmasına dair göstərişi olub. İraq müharibəsinə gəldikdə isə prezident 2010-cu ilədək ABŞ qüvvələrinin o ölkədən çıxarılmasına dair qərar qəbul edib. Barak Obama Əfqanıstan və Pakistana əlavə qüvvələr və yardımla bağlı yeni strategiyasını açıqlayıb. İqtisadiyyatın canlandırılması məqsədi ilə ABŞ prezidenti milyardlarla dollar məbləğində stimullaşdırma planı təklif edib.


XS
SM
MD
LG