Accessibility links

Dünya donuz qripi ilə mübarizəyə hazırlaşır


Obama administrasiyası bildirir ki, daha çox ABŞ ştatlarında donuz qripi hallarının qeydə alınması gözlənilir. Lakin hələ ki, xəstəliyin mənbəyi olan Meksika ilə sərhədləri bağlamaq barədə planlar yoxdur. Bazar ertəsindən bəri ABŞ-da donuz qripi halları ikiqat artaraq bir neçə onluğa çatıb.

Prezident Obamanın donuz qripi iıə bağlı narahatlığını izhar etməsindən bir gün sonra Təhlükəsizlik Departamentinin rəhbəri Canet Napolitano virusa yoluxan Amerikalıların sayının çoxalacağını bildirib.

İndiyədək Meksikada donuz qripindən 150 adamın öldüyü güman edilir və əksər başqa ölkələrdə qeydə alınan donuz qripi Meksikada səfərdə olmuş adamlarda qeydə alınıb. Obama administrasiyası amerikalılara Meksikaya səfərə etməməyi tövsiyə etdiyi bir zamanda xanım Napolitano 3 min kilometr uzunluqda olan ABŞ-Meksika sərhədini bağlamaq haqda planların olmadığını deyib. Əvəzində nazir qrip simptomları göstərən adamlara evdə qalmağa və hamını tez-tez əllərini yumağa çağırıb.

ABŞ və Meksikadandan əlavə, donuz qripi Yeni Zelandiya, İsrail, İspaniya, Kanada və Böyük Britaniyada da qeydə alınıb.

Artıq İspaniya və Şotlandyada donuz qripinin peyda olması təsdiq olunduqdan sonra bir çox Avropa ölkələri virusun yaılmasının qarşısını almaq üçün tədbirlər görür.

Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatı donuz qrpi epidemiyası ilə bağlı xəbərdarlıq səbiyyəsini qaldırıb. Son göstəricilərə görə donuz qripi insanlar arasında yayılmaqla bütün ictimaiyyəti bürüyür. Hazırda epidemiya xəbərdarlıq səbiyyəsi 4 baldır ki, bu da dağıdıcı epidemiya səviyyəsindən cəmi 2 pillə aşağıdır. Lakin təşkilatın sözçüsü bildirir ki, epidemiya qaçılmaz deyil.

Britaniyada və eləcə də Avropanın başqa ölkələrində insanlar donuz qripinin yayılmasından dərin narahatlıq keçirirlər. Varşavaya səfəri əsnasında Britaniya baş naziri Qordon Braun ölkəsinin xəstəliyə hazır olduğunu deyib. Onun sözlərinə görə Britaniya artıq bir müddətdir ki, bu növ fövqəladə hallara hazırlaşır. Belə ki bu ölkədə əhalinin yarısını müalicə etmək üçün anti-viral dərmanlar var. Hələlik yalnız onlarla adam yoxlanmaq üçünb Britaniya xəstəxanalarına müraciət edib.

İnkişafın ləng olduğu Afrika ölkələrində də donuz qripi ila bağlı ciddi narahatlıqlar var. Nigeriya rəsmiləri Afrikanın ən çox əhalisi olan ölkəsində mümkün epidemiyaya qarşı tədbirlər görür. Səhiyyə naziri Babatunde Osotimehin deyir ki, səylər əsasən erkən diaqnozlaşdırılmaya və müalicəyə verilir ki, xəstəlik geniş yayılmasın.

Donuz qripi adi halda, donuzlarda olur, lakin bu dəfə virusun yeni növü müşahidə edilir. Xəstəlik qızdırma, baş və əzələ ağrısı və taqəzsizliklə müşayiət edilir. Digər simptomlara ürək bulanma, qusma və ishal daxildir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, epidemiyanın olduğu hələ yəqin deyil, lakin insanlarda bu yeni qripin virusuna qarşı müqaviməti yoxdur.

XS
SM
MD
LG