NATO Brüssel baş qərargahında rəsmi fəaliyyət göstərən iki rus diplomatının burada işləmək səlahiyyətlərini ləğv edib. NATO-nun qərarı bir eston rəsmisinin iştirak etdiyi və 12 il həbsə məhkum olunduğu casusluq qalmaqalıyla bağlıdır. Estoniya məhkəməsi fevral ayında Herman Simminin dövlətə xəyanət etdiyi barədə qərar çıxarmışdı. O, dövlətə məxsus 2000 səhifəlik informasiyanı Rusiya Xarici Kəşfiyyat Xidmətinə ötürməkdə ittiham olunurdu. Simmi məlumatları işlədiyi Estoniya Daxili İşlər Nazirliyindən əldə edirdi. Böyük Britaniyanın "Financial Times" qəzeti yazır ki, uzaqlaşdırılan diplomatlardan biri Rusiyanın Avropa Birliyindəki səfirinin oğludur. Qəzetin bildirdiyinə görə, ruslar casusluq fəaliyyətində iştirak etsə də bu, Simmin işi ilə birbaşa bağlı deyil.