Accessibility links

Dövlət katibi Klinton İranın Saberinin məsələsinə münasibətindən narahatdır


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, İran həbs edilmiş iranlı-amerikalı jurnalist Roksana Saberinin işi ilə bağlı qarışır mesajlar göndərir. Klinton bu gün deyib ki, Tehran hökuməti Saberinin nə zaman azad ediləcəyinə dair müxtəlif cavablar verərək, onun ya dərhal, ya da səkkiz il həbs cəzasını çəkdikdən sonra aaadlığa çıxacağını bildirir. ABŞ diplomatının sözlərinə görə, bu cavablar Tehranla əlaqələr qurmağın nə dərəcədə çətin olduğunu göstərir. O, İran hökumətinin insan hüquqları və sivil standartlara qayğısızlıqla yanaşmaqda ittiham edib.

XS
SM
MD
LG