Accessibility links

Dünya Səhiyyə Təşkilatı  təhlükə xəbərdarlığının səviyyəsini qaldırıb


Bütün dünyada səhiyyə rəsmiləri epidemiya halını almaqda olan H1N1 virusu və ya donuz qripinə qarşı təcili addımlar atırlar.

Ciddi ictimai səhiyyə problemi kimi qeydə alınandan bəri donuz qripi minlərlə insanın xəstələnməsinə və çoxsaylı insanın ölməsinə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı yeni qrip növü ilə bağlı qlobal həyacan siqnalı qaldırıb və onu epidemik səviyyədən bir pillə aşağı 5 dərəcəli təhlükə kimi qiymətləndirib.

Xatırlatmaq yerinə düşərdi ki, bu dərəcələrin sonuncusu 6-dır.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Mərqəret Çan deyib ki, o həyəcan dərəcəsini qaldırmaq qərarını əldə olan məlumatlar və bir neçə ekspert məsləhətləşmələrindən sonra verib.

Bu o deməkdir ki, təşkilat donuz qripinin pandemiya miqyası alacağını qaçılmaz hesab edir.

Ötən şənbə günündən bəri həyəcan dərəcəsi üç dəfə qaldırlıb. Bu isə o deməkdir ki, donuz qripinin virusu sürətlə yayılır.

Bununla yanaşı, doktor Mərqəret Çan hökumətləri ruhdan düşməməyə çağırıb və deyib ki, indi dünya qrip epidemiyası ilə mübarizəyə daha hazırlıqlıdır.

XS
SM
MD
LG