ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud bu gün brifinq zamanı Birləşmiş Ştatların Azərbaycana Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə əlaqədar baş sağlığı verdiyini bildirib. "Biz bu çox faciəli anda, Azərbaycan xalqına, xüsusilə də bu faciə zamanı əzizlərinin öldüyü və yaralandığı insanlara dərin, olduqca dərin kədərimizi ifadə edirik. Birləşmiş Ştatlar bu ağır və kədərli bir vaxt dostumuz və bizim strateji tərəfdaşımız olan Azərbaycanla həmrəylik göstərərək bir dayandır. Bizim Bakıdakı səfirliyimiz vəziyyəti yaxından izləyir."-deyə Robert Vud biıdirib.
Dövlət Departamentinin sözçüsü insident zamanı Amerikalılar arasında xəsarət alan olmadığını bildirib.