Accessibility links

ABŞ Dövlət Departamenti dünyada terrorizmin vəziyyətini əks etdirən hesabat yaydı


ABŞ Dövlət Departamenti terrorizmlə bağlı dünya ölkələrində 2008-ci ildəki vəziyyəti əks etdirən hesabatını açıqlayıb.

Sənədin Azərbaycana aid hissəsində deyilir ki, bu ölkə ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək olaraq, öz hava məkanından istifadə imkanı verib,

2003-cü ilin avqustundan 2008-ci ilin noyabr ayına qədər isə İraqda sülhməramlı əməliyyatlarda iştirak edib.

Təxminən 150 azərbaycanlı əsgərdən ibarət piyada qüvvəsi Həbib bəndini mühafizə edib. Habelə Azərbaycan hərbçiləri Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Hesabatda deyilir ki, Azərbaycan bir çox terror təşkilatları ilə əlaqəli ekstremistlər üçün, o cümlədən İrandan idarə olunan təşkilatlar üçün məntiqi marşrutdur.

Bu qruplar insan, silah və narkotik qaçaqmalçılığında Qafqaz marşrutundan istifadə etməyə çalışırlar, ancaq hökumət bunun qarşısını almaq üçün fəal iş aparır və bu işdə müəyyən nailiyyət əldə olunub.

Hesabatda vurğulanır ki, Azərbaycan terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində tədbirlər görməsinə və terrorçuluqda şübhəli bilinən fərdlərin və qruplaşmaların siyahısını yerli banklara təqdim etməsinə baxmayaraq, ölkədə terrorizmin maliyyələşdirməsinə qarşı qanunvericilik hazırlansa da hələ qəbul edilməyib.

Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Əleyhinə Ekspertlər Komitəsi - MONEYVAL Azərbaycanda bu sahədəki vəziyyətə mənfi qiymət verib.

Bununla yanaşı, son illərdə hökumət şübhəli terrorçu qrupların üzvlərini fəal şəkildə həbs və mühakimə edib.

Belə ki, hesabata görə, ötən il avqustun 17-də naməlum şəxs və yaxud şəxslər Bakıda sünnilərin əsas məsçidini partladıblar və nəticədə 3 adam ölüb, 8 nəfər yarananıb. Hakimiyyət bu aksiyadan sonra məsçidi bağlayıb.

Oktyabr ayında isə şəhər məhkəməsi məsçidin yenidən açılmasına qərar versə də. sonra bu qərarını dəyişib.

Avqustun sonu, sentyabrın əvvəllərində isə hökumət qüvvələri məsçidin partladılmasına görə, əməliyyat keçirərək, 13 şübhəlini saxlayıblar.

Milli Təhlükəsizlik Nazirliyinin sentyabrın 2-də yaydığı bəyanatda şübhəlilər qismində əslən Rusiyanın Dağıstan regionundan olan İlqar Mollaçıyev və onun qaynı Samir Mehdiyevin adları təqdim olunub.

Lakin Molaçıyev sentyabrda Dağıstanda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

“Məsçid isə hələ də qapalıdır”, - deyə hesabatda vurğulanır.


XS
SM
MD
LG