Accessibility links

Meksika hökuməti vacib olmayan fəaliyyətləri qadağan edib


Meksika prezidenti Filipe Kalderon insanları evdə qalmağa çağıraraq, hökumətin vacib olmayan fəaliyyətləri qadağan etdiyini deyib. Milli televiziya ilə çıxışı zamanı dövlət başçısı indi meksikalılar üçün evlərinin ən təhlükəsiz yer olduğunu bildirib. Meksika hökuməti cümə günündən başlayaraq, 5 gün üçün fəaliyyətlərin dayandırılmasına göstəriş verib. Meksikanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ərzaq, səhiyyə və nəqliyyat sahələrinə bu məhdudiyyətlər şamil edilməyəcək. Meksikada artıq 99 adamın donuz qripinə yoluxduğu təsdiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə xəbərdarlığının səviyyəsini qaldıraraq 5-ci fazaya yüksəldib. ABŞ prezidenti Barak Obama deyib ki, donuz qripi dərin naratlığa yol açsa da, panikaya səbəb olmamalıdır.

XS
SM
MD
LG