Accessibility links

Rusiya NATO-nun Gürcüstandakı təlimlərini ‘açıq təhrikçilik’ sayır


Rusiya prezidenti Dmitri Medvedev NATO-nun qonşusu Gürcüstanda müharibə oyunları keçirməsini “açıq təhrikçilik” adlandırıb.

Medvedev bu gün Gürcüstanın separatçı regionları Abxaziya və Cənubi Osetiya ilə sərhədlərin müdafiəsinə dair saziş imzaladıqdan sonra bu barədə danışıb.

Bu arada, Rusiyanın NATO-dakı səfiri isə deyib ki, hərbi Alyans etinasızlığı ilə ətrafındakılara problemlər yaradır.

Dmitri Roqozin bu gün NATO-Rusiya Şurasının görüşündən sonra bu bəyanatı verib.
Bu, ötən il Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ötən 8 ay ərzində Alyansla Moskva arasında ilk belə görüş idi.

XS
SM
MD
LG