Accessibility links

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası illik hesabatını açıqlayıb


ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının illik hesabatında Birma, Şimali Koreya və Sudan daxil edilməklə, dünyanın 13 ölkəsində din azadlıqları sahəsində ciddi pozuntulara yol verildiyi deyilir. Komissiya ABŞ Dövlət Departamentinə bu ölkələri "xüsisi narahatlıq doğuran" ölkələr elan etməsini tövsiyə edir. Belə ki, həmin ölkələrin hökumətləri yoxa çıxmalar, uzunmüddətli həbslər və işgəncələr kimi ciddi pozunrulara ya göz yumur, ya da özləri bu hallara yol verir.

Xüsisi narahatlıq doğuran ölkələr sırasında Çin, Eritrea, İran, İraq, Nigeriya, Pakistan. Səudiyyə Ərəbistanı,Türkmənistan, Özbəkistan və Vyetnam yer alır. Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatında digər 11 ölkə-Əfqanıstan, Belarus, Kuba, Misir, İndoneziya, Laos, Rusiya, Somali, Tacikistan, Türkiyə və Venesuelada vəziyyətin yaxından monitorinqinə çağırılır.

XS
SM
MD
LG