Accessibility links

İran kürd yaraqlılara hücum edib


İraqın şimalında Kürdüstan regional hökuməti qonşu İranın sərhədi aşaraq kürd yaraqlılarına qarşı hücum həyata keçirməsini qınayıb. Bu gün açıqlanan bəyanatda rəsmilər bildirib ki, İranın bombardmanı sakinləri evlərindən didərgin düşməyə məcbur etməklə yanaşı, fermerlərə və onların məhsullarına ziyan vurur. Kürdüstan regional hökuməti İranı dağlıq ərazilərdə hücumlara dərhal son qoymağa çağırıb. Kürd rəsmilərin sözlərinə görə, İran vertolyotları son bir neçə ayda ilk dəfə dünən əraziyə hücum edib. İrbil və Süleymaniyyəyə edilən hücum nəticəsində dəyən ziyan barədə ətraflı məlumat verilməyib.

XS
SM
MD
LG