İran
mətbuatının bildirdiyinə görə, prezident Mahmud Əhmədinejad bu həftə Latın
Amerikasının 3 dövlətinə səfər edəcək.
İRNA xəbər verir ki, cənab Əhmədinejad Braziliya Venesuela və Ekvador
prezidentlərinin dəvəti ilə bu ölkələrə gedəcək. Cəmi bir neçə gün əvvəl İranla
Venesuela hərbi əlaqələrin gücləndirilməsinə dair razılıq əldə edib. Bir ay
öncə isə Venesuela prezidenti Hüqo Çaves ikitəfərli məsələləri müzakirə etmək
üçün 4 günlük səfərlə İrana getmişdi. Bu ilin əvvəlində ABŞ müdafiə naziri
Robert Geyts Senatın Silahlı Xidmətlər Komitəsinə bildirib ki, İran Latın Amerikasını
öz təsir dairəsinə çəkməyə çalışır. Geyts İranın Mərkəzi və Cənubi Amerikada
açdığı yeni ofisləri yerli məsələlər müdaxilədə “Cəbhə” adlandırıb.