Accessibility links

Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dövlət katibi və digər ABŞ rəsmiləri ilə görüş üçün Vaşinqtondadırlar. ABŞ dövlət departamentinin sözçüsü Rober Vud bugünkü brifinq zamanı dövlət katibinin yardımçısı Metyu Bryzanın Dağlıq Qarabağ probleminin gələn bir neçə ay ərzində həll edilə biləcəyi ilə bağlı bəyanatına istinadən Amerikanın səsinin müxbirinin sualına cavabında deyib ki, vaxt cədvəli haqqında danışmaq istəmir. Dövlət Departamentinin sözcüsünün bildirdiyinə görə, o, belə bir razılaşmanın nə vaxt hazır olacağı haqqında fikir demək istəmir. Cənab Vud dövlət katibi xanım Klintonun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə müzakirə edəcəyi məsələlərin siyahısına bu mövzunun da daxil olduğunu deyib.
Bu arada Türkiyənin yeni xarici işlər naziri Azərbaycanın Ankara ilə Yerevan arasında diplomatik və ticari əlaqələrin bərpası barədə narahatlıqlarını azaltmağa çalışıb. Ankarada Ahmet Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla Türkiyə-Ermənistan yaxınlaşnasına dair Bakının narahatlıqlarını müzakirə edib. Davutoğlu xarici işlər naziri vəzifəsinə keçən həftə təyin edilib.
XS
SM
MD
LG