Accessibility links

İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır


Iran beynəlxalq insan haqları qruplarını iranlı amerikalı jurnalist Roksana Saberinin işinə müdaxilə etməkdə ittiham edib.Xarici İşlər nazirliyinin sözçüsü Həsən Qaşqavi bu gün bəyan edib ki, İranın Ədliyyə sistemi müstəqildir və hər hansı xarci müdaxilə beynəlxalq normaların pozulması deməkdir.Mətbuat azadlığı qrupu olan Sərhədsiz Reportyorlar təşkilatı dünən BMT-nin Nyu Yorkdakı baş qərargahı qarşısında Saberinin azad edilməsi tələbilə yürüş keçirib. Roksana Saberi keçən ay ABŞ-ın xeyrinə casusluq ittihamı ilə səkkiz il azadlıqdan məhrum edilib.İşə hazırda apellasiya məhkəməsində baxılır.Həsən Qaşqavi məhkəmənin qərarını gözləməyi tövsiyə edib.

XS
SM
MD
LG