Accessibility links

ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq


İraq hökumətinin bildirdiyinə görə, ABŞ qoşunlarının İraqın şəhərlərindən çıxarılması üçün iyun ayının 30-na müəyyən edilən möhlət uzadıla bilməz. İraq sözçüsü Əli Əl-Dabbaq bu gün deyib ki, hökumət ABŞ- İraq təhlükəsizlik razılaşmasının şərtlərinə əməl edəcək. İraqda zorakılıqların sayının çoxalması İraq qüvvələrinin təhlükəsizlik məsuliyyətini öz üzərilərinə götürməyə hazır olduqları barədə sual qaldırıb. ABŞ komandirləri İraq hökumətinin istəyəcəyi təqdirdə Mosul şəhərində qüvvələrin saxlanacağına ehtiyac ola biləcəyi məsələsini nəzərdən keçirir.

XS
SM
MD
LG