Accessibility links

Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb


İran mətbuatının yazdığına görə,president Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb. Planın dəyişməsinə heç bir rəsmi izahat verilmir. Dövlət televiziyasının məlumatında gələn ay keçiriləcək prezident seçkilərinə namizədlərin bu həftə qeydiyyatdan keçməli olduğu elan edilib. Mahmud Əhmədinejad namizədliyini rəsmən irəlu sürməsə də, onun yenidən yarışlara qoşulacağı gözlənilir.

Bundan əvvəl İRNA xəbər agentliyi İranın dövlət başçısının Braziliya, Venesuela və Ekvadora səfər edəcəyi barədə məlumat yaymışdı. İranla Vensuela arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə edilib. Venesuela prezidenti Uqo Çaves bir ay əvvəl İranda olub.

XS
SM
MD
LG