İranın
ədliyyə rəsmisi deyir ki, apellyasiya məhkəməsi həbsə məhkum edilmiş
İranlı-Amerikalı jurnalist Roksana Saberinin məsələsinə gələn həftə
baxacaq. Sözçü Əli Rza Cəmşidi deyib ki,
Vəkillər Assosiyasiyası, Kəşfiyyat Nazirliyi və Prokurorun ofisi Saberinin apellyasiyasını
dinləmək üçün məhkəməyə dəvət ediliblər.
Jurnalist ötən ay casusluq ittihamları ilə 8 il azadlıqdan məhrum
edilib. Saberinin atası deyir ki, qızı
həbsinə etiraz olaraq 2 həftədir ki, aclıq elan edib. İranın ədliyyə rəsmiləri isə Saberinin aclıq
elan etmədiyini və səhhətinin yaxşı olduğunu bildirir.