Accessibility links

Elmar Məmmədyarov ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmaq istədiyini deyib


Dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu salamlayaraq, ABŞ-ın mühüm tərəfdaşı olan Azərbaycanla münasibətləri daha da dərin, daha da geniş inkişaf etdirmək əzmində olduğunu qeyd etdi.
“Azərbaycan çox mühüm strateji mövqe tutur ki, bu, təkcə ölkəni özü üçün deyil, onu regional və qlobal əhəmiyyətə malik bir ölkə edir. “

Xarici İşlər naziri Elmar Məmmədyarov dedi ki, bu görüşün Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafına xidmət edəcəyinə inanır.

Görüşdən sonra Erlmar Məmmədyarov bildirdi ki, Dövlət katibi Hillari Klinton ona ABŞ administrasiyasının münaqişəni tezliklə həll etmək istədiyini bəyan edib.

"Amerikanın Dövlət katibi birmənalı şəkildə bildirdi ki, bu administrasiya məsələ üzərində daha ciddi işləyəcək. Onlar razıdırlar ki, nə qədər tez olsa, münaqişənin həllində bir irəliləyişin olması bir o qədər yaxşıdır. Bilirsiniz ki, ayın 7-i Praqa görüşü olacaq, ondan sonra ola bilsin ki prezidentlər səviyyəsində daha bir neçə görüş də olsun.Həmsədrlər də bu görüşə gəlməlidir.Amma Dövlət katibi birmənalı şəkildə dedi ki, ABŞ hökuməti, Obama administrasiyası çox maraqlıdır ki, bu münaqişədə bir irəliləyiş olsun.”

Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə yanaşı, Dövlət katibi Klintonla bir sıra geniş məsələləri müzakirə etdiyini bildirdi.

“Bundan başqa enerji məsələləri, qazla bağlı məsələlərə toxunduq. Ümumiyyətlə regional məsələləri müzakirə etmişik, Azərbaycanda inkişaf məsələsinə toxunmuşuq. Dövlət katibi Gürcüstanda bugünkü hadisə ilə bağlı narahat olduğunu bildirdi.Əlbəttə ki, bu, regionda sabitliyə böyük mane ola bilər. İkitərəfli əlaqələri müzakirə etdik, danışdıq.”

Müxbirlərin suallarını cavablandıran Elmar Məmmədyarov dedi ki, müzakirələr zamanı irəliləyişə necə nail olmaq yolları müzakirə edildi.

“Bu hansı şəkildə olacaq.Birincisi, mayın 7-si prezidentlər səviyyəsində görüşün nəticələrini öyrənək, bunu yerindən tərpədək.Mən yenə də deyirəm, mənim üçün ən mühüm məsələ ondan ibarətdir ki, ABŞ hökuməti, ABŞ Dövlət katibi səviyyəsində, şəxsən özü istəyir ki, bu münaqişə həll olsun.Bu, o deməkdir ki, ABŞ hökuməti çox maraqlıdı ki, bu prosesi yerindən tərpətsin."



XS
SM
MD
LG