Türkiyə
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, polis dünən ölkənin cənub-şərqində
toy mərasimdə həyata keçirilmiş hücumla bağlı 8 şübhəlini nəzarət altına alıb.
Daxili işlər naziri Bəşir Atalay deyib ki, hücum zamanı 44 nəfər həlak olub.
Dünən isə bu rəqəmin 45 olduğu bldirilmişdi. Qumbara və avtomat silahlarla
silahlanmış maskalı naməlum şəxslər Bilge kəndində toy mərasiminə hücum edib.
Yaralanan 6 nəfər isə dərhak yaxınlıqdakı mardin şəhər xəstəxanasına çatdırılıb.
Atalayın sözlərinə görə, terror hücumu olmasını istisna etməyən hüquq-mühafizə
orqanları kənd rəsmisinin qızının toyunda baş verən bu hadisənin tayfalar
arasında mümkün toqquşma kimi qiymətləndirirlər.