Accessibility links

İraq paytaxtında bomba partlayışları 11 adamın ölümü ilə nəticələnib


İraq polisi Bağdadda bomba partlayışları zamanı 11 nəəfərin öldüyünü bildirir. Polisin verdiyi məlumata görə, hücum paytaxtın Daura məhəlləsində izdihamlı bazarda baş verib. Hadisə nəticəsində 10 adam öülb, 37 adam yaralanıb. Rəsmiləri başqa bir yerdə ayrı bomba partlayışı zamanı bir nəfərin öldüyünü bildirirlər. Hücumlar bazar ertəsi günü İraqın Neft nazirliyi yaxınlığında partlayışlardan sonra baş verir. Bu zorakılıqlar ABŞ hərbi qüvvələri ölkədən çıxmağa başladığı vaxt İraq qüvvələrinin ölkənin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürmək qabiliyyətinə malik olması barədə narahatlıqların artmasına səbəb olub.

XS
SM
MD
LG