Accessibility links

Türkiyənin hava hücumu PKK-nın 10 üzvünün ölümünə səbəb olub


Türkiyənin Anadolu xəbər agentlyinin verdiyi məlumata görə, Türkiyənin hərbi qüvvələrinin keçən həftə İraqın şimalında kürd üsyançılarının mövqelərinə hava hücumları nəticəsində 10 adam həlak olub. Agentlik xəbər verir ki, hücum PKK üzvləri olduğundan şübhələnilən şəxslərin Türkiyə təhlükəsizlik qüvvələrinin 10 üzvünü öldürdükdən bir gün sonra həyata keçirilib. Türkiyə silahlı qüvvələri vertolyotlar və döyüş təyyarələrinin müşayiəti ilə PKK-nın İraqın şimalındakı mövqelərini atəşə tutublar. İran da İraqın şimalında kürd üsyançıların mövqelərinə qarşı hücumlar həyata keçirib.

XS
SM
MD
LG