Accessibility links

Barak Obama Həmid Karzai və Asif Əli Zərdari ilə Ağ Evdə görüş keçirib


Pakistan və Əfqanıstanda artmaqda olan qeyri-sabitlik ABŞ prezidenti Barak Obamanın əfqan və pakistanlı həmkarları ilə görüşlərində müzakirə edilib. Həmid Karzai və Asif Əli Zərdari ilə regional danışıqlar dünən Ağ Evdə təşkil edilib. Görüşün olduqca produktiv keçdiyini deyən Barak Obama Pakistanla Əfqanıstan arasındakı əməkdaşlığı misilsiz adlandırıb.

Əfqanıstan və Pakistan liderləri ilə birgə və ayrı-ayrı görüşlər keçirən ABŞ prezidenti ekstrimizmin məğlub edilməsi üçün hərbi səylərlə yanaşı, regionda pozitiv artım və inkişafa ehtiyac olduğunu bildirib. Barak Obma Əfqanıstanda qarşıdan gələn ümummilli seçkilərə, Pakistanda isə yollar, məktəblər və xəstəxanaların inşasına dəstək veriləcəyinə dair vədlərə əməl ediləcəyini deyib. Barak Obama terrorçulara qarşı hərbi əməliyyatlar zamanı mülki vətəndaşların tələfatına yol verilməməsi üçün bütün səylərə əl atılacağını bildirib. Əfqanıstan prezidenti Həmid Karzai görüşdən əvvəl ABŞ-ın başçılığı altında həyata keçirilən hərbi əməliyyatlar zamanı mülki əhali arasında tələfatla bağlı narahatlığını dilə gətirmişdi. Pakistan prezidenti Asif Əli Zərdari isə deyib ki, Taliban yaraqlıları hökumətə deyil, təhlükəsizliyə hədədir.

XS
SM
MD
LG