Accessibility links

'Blackwater' İraqda fəaliyyətini dayandırıb


ABŞ-ın Bağdaddakı səfirliyi təsdiq edib ki, “Blackwater Worldwide” İraq paytaxtında əməliyyatlarını dayandırıb. Amerika səfirliyinin sözçüsü Suzan Ziyadeh deyir ki, Cümə Axşamı şirkətin fəaliyyəti başa çatıb. Onu ABŞ hökumət işçilərini qoruyacaq Triple Canopy şirkəti əvəzləyəcək. Ziyadeh deyir ki, Blackwater şirkətinin İraqın başqa ərazilərində də kontraktları var ki, bunlar da tezliklə sona yetəcək. Şirkət bu yaxınlarda 14 İraq vətəndaşının ölümü ilə nəticələnən atışmadan sonra İraqda işləmək lisenziyasını itirdi. Firma deytir ki, onun işçiləri yalnız hücuma məruz qaldıqdan sonra atəş açıqblar, ABŞ hökumətinin apardığı istintaq isə hücum aşkar etməyib.

XS
SM
MD
LG