Accessibility links

ABŞ prezidenti Ağ Evdə Serqey Lavrovu qəbul edir


ABŞ prezidenti Barak Obama Rusiya xarici işlər naziri Sergey Lavrovu Ağ Evdə qəbul edir. Bu, Barak Obamanın Gürcüstan-Rusiya müharibəsindən sonra Mosva ilə gərginləşən münasibətləri inkişaf etdirmək səyləri çərçibəsində həyata keçirilir. Lavrovun Obama administrasiyası dövrü ilk səfəri NATO-nun Gürcüstanda davam edən hərbi manevrləri ətrafında yaranan gərginliklər vaxtına təsadüf edir. Lavrov casusluqda ittiham olunan iki rus diplomatının NATO-nun Brüssel qərargahından çıxarılmasından sonra alyans rəsmiləri ilə görüşdən imtina edib. Ağ Ev səfəri öncəsi Lavrov dövlət katibi Hillari Klintonla da görüşür. Tərəflər arasında Gürcüstan, NATO, nüvə silahlarının azaldılması və Avropada mübahisəli raketdən müdafiə sisteminin quraşdırılması planları məsələsi müzakirə olunacaq.

XS
SM
MD
LG